Ferman Kerimzade haqqında

 

 

Önsöz evezi

 

 

FERMANA SÖZ VERMİŞDİM Kİ...

 

Üç-dörd il bundan önce, unudulmaz dostum, gözel yazıçımız Ferman Kerimzade menim yanıma, “Azerbaycan” jurnalı rédaksiyasına geldi. Xoş-béşden sonra siqarétini sévincek sümüre-sümüre, meni muştuluqlayacaq adam kimi, “qağa, sizin tereflerden teze bir şair keşf élemişem, bax, béle şairdir” – baş barmağını yuxarı qaldırıb, oturduğu yérde terpene-terpene héyretle dédi. – Özü de, harda? Qaraçöpde, toyxanada. Néce gözel şé’rler oxudu, cavanca oğlandı...”

Onda men ilk defe bu cavan şairin adını Fermanın – bu dünyaya xéyirxahlıq, yaxşılıq élemek üçün gelmiş hessas bir insanın dilinden éşitdim. Qeribedir, indi mene éle gelir ki, Ferman o adı éle héyret dolu bir sévincle çekmeseydi, men Xaqani Qayıblını bir şair kimi tanımayacaqdım – Xaqani Qayıblı imzası mene eziz dostumdan yadigar qaldı... Sonra özü ile tanış oldum, iki defe “Azerbaycan” jurnalında şé’rlerini çap éledik. Sévindim – dostum yanılmamışdı... O zaman Fermana söz vérmişdim ki, xoşuma gelse, mütleq haqqında “uğurlu yol” yazacağam. İndi oturub, bu gécikmiş xéyir-duanı yaza-yaza fikirleşirem: ruhun incimesin Ferman, son üç-dörd ilde xalqımızın, torpağımızın başına açılan oyunlar, qanımızla, senin kimi qurbanlarımızın idéalları ile suvardığımız azadlıq ağaclarının méyvesini dadmamış yéni-yéni felaketlerle üz-üze gelmeyimiz elimizi her şéyden soyutdu...

Ustadımız, ölmez senetkarımız Resul Rzanın bir fikri yadıma düşür: “şair” sözüne héç bir sifet-épitét lazım déyil, bir adama şair déyirsense – kifayetdir. Xaqani Qayıblı şairdir, sözü yaxşıca hiss éleyir; poétik ovqatı gözel duyur. Elimdeki yazılarını oxuya-oxuya aydınca duyuram ki, bunlar birnefese yazılmış şé’rlerdir. Şé’rlerinin ekseriyyetinde bir qeribelik var: misal çekmeye, tehlile gelmir, gerek bütöv “sitat” getiresen. Her halda, risq éleyib bir-iki misal çekmek isteyirem:

 

... Qanrılıb gériye boylanma heder,

Tek birce özünsen – özüne söyken.

 

ve ya:

 

... Baxıram bu yurd yérine,

Baxıram, içim üşüyür...

 

Xaqani Aran Borçalısında – Qaraçöpde dünyaya göz açıb, şé’rlerini oxuduqca, o yérlerin – o qéyretli torpağın etrini, sert nefesini duyursan. İndi çox-çox uzaqlarda – Estoniyanın Tartu Univérsitétinde tehsil alır, éston dilini öyrenir; orda “Estoniya - Azerbaycan” medeniyyet cemiyyetinin feal üzvlerinden biri kimi başı belalı torpağımızın qayğıları ile yaşayır. Gelecekde yaxşı tercümeçi kimi yétişeceyine inanıram – mence, tercümeçi mütleq istédadlı yaradıcı adam olmalıdır. Ona da inanıram ki, “Edebiyyat qezéti”nin telebkar oxucuları Xaqani Qayıblının şé’rlerini layiqince qiymetlendirecekler.

 

İsa İsmayılzade

 

7 févral 1992-ci il

“Edebiyyat qezéti” 6 (2805)

 

 

Ağ yuxu

 

Ömrümün sonuna qeder üreyimin  istisinde yaşayacaq unudulmaz yazıçımız,

eziz dostum Ferman Kerimzadenin sönmez xatiresine...

 

 

 

Men onu ilk defe üzbesurat, yaxından, öten ilin (1988) séntyabr ayının 29-da Bakıda Filarmoniyada görmüşdüm. Maqsud Şéyxzadenin 80 illik yubiléyine toplaşmışdıq.  Bir néçe cavan şair zalda söhbet éleyirdik. Hele meclis başlamamışdı. Bir de gördüm zala çal saçlı, iri bığlı, şaqqalı bir adam daxil oldu. Fehmle, şekline oxşatma ile uşaqlara dédim: “O, Fermen Kerimzadeye oxşayır…” Gümanımda yanılmamışdım. Yanımdakılara. “Gédib tanış olacam” – dédim. Onunla tanışlıq lap çoxdan, 1985-ci ilde Céyrançölün yaylımlarında qoyun-quzu otara-otara acgözlülkle  “Xudaferin körpüsü” romanını oxuduğum vaxtlardan üreyimden kéçirdi. Filarmoniyada ise cesaretim çatmadı…

 

23 oktyabr 1988-ci il. Kendimizin çal-çağırlı, toylu-düyünlü payiz günlerinden biri idi.  Atamı bir toya çağırmışdılar.  Atam gétmek istemedi, meni yanına çağırıb:

Oğul, dédi menim evezimden toya sen gét.

…Év sahibine “iş avadanlığı” vérib toyxanaya kéçmek istedim. Év sahibi:

Xaqani, bir deqiqe dayan, seninle işim var dédi.

Teeccüble soruşdum:

Xéyir ola?

Bilirsen, gelmesen de adam gönderib çağırtdıracaqdım. Bakıdan qonağımız gelib, yazıçıdır, her halda tanıyarsan. He, onu qarşılamaq üçün seni meslehet bilmişik.

Başa düşmedim, kimi qarşılamaq, néce qarşılamaq? emelli-başlı narahat olmuşdum.

Narahat olma, qarşılamaq déyende, çıxıb mikrafonda onun gelişi münasibetile bir-iki tutqallı söz déyersen, hele istesen şé’rlerinden de dé ki, qonağın yanında başımız uca olsun.

Év sahibi İmir Alxanov éle bil qesden meni intizarda saxlayırdı. Hövselemi basa bilmeyib:

Axı, bir dé görek kimdi, adı nedir, belke men onun yanında héç bir kelme danışa bilmeyecem? déye éloğlumdan qonağımızın kim olduğunu öyrenmek istedim.

O, Fermen Kerimzadedir, dédi héç éle şéy yoxdur, bizi biabır éleme.

… Meclis artıq başlamışdı. Kéçib bir terefde oturdum. Baxışlarımla qonağımızı axtarırdım. Bu yérde tamadanın sesi geldi:

İndi de sözü çox hörmetli qonağımız, görkemli yazıçımız Ferman Kerimzadeye véririk.

Éynen özü idi: gur, çal saçlı, parlaq gözlü, lenger yérişli… Meclis alqışlara belendi. İndiki kimi yadımdadır, mikrafonu alıb hamını salamladı, sonra üzünü xanendelere tutub dédi:

Sizden bir xahişim var, Memmed Araz böyük şairdir, men héç razı olmaram ki, éle böyük şexsiyyetin sözlerini tehrif édib oxuyasınız. Eger bilmirsinizse bu éyblik déyil, oxumayın.

Toy meclislerinde çoxları üçün adi görünen bu yanlışlıqla tebii ki, Ferman Kerimzade barışa bilmezdi. O, danışırdı, danışdıqca doğmalaşırdı, ezizleşirdi. Meclisdekilerin alqışı alemi başına götürmüşdü. Yérlerden xahişler gelirdi: “Şé’r déyin… Olarsa, bir şé’r!..” O, éle ilhamla, éle coşquyla danışırdı ki, hamı éle bilirdi Ferman Kerimzade şairdir.

Ezizlerim, men şair déyilem, bir halda ki, te’kid édirsiniz, menim başım üste. Men sizin kendin adını éşitmişdim, amma görmemişdim. Bu böyük obaya ilk defedir ki, gelirem. Éle, kendin üstündeki belenden aşıb Qaraçöp mahalını gören anda dodaqlarım ixtiyarsız bu sözleri pıçıldadı “Bu torpağı öpe-öpe, / Gelib çıxdım Qaraçöpe!”

Körpesinden böyüyüne kimi şé’r vurğunu olan kendimizin bir toy meclisine toplaşmış oğulları Ferman Kerimzadeni tepeden-dırnağa alqışa belediler. O, ise bir qeder teessüfle bildirdi:

Bağışlayın ki, bu él haqqında bu iki misradan artıq hele héç ne déye bilmemişem.

Sonra özünün gözel bir şé’rini dédi. Ne yazıq ki, hemen şé’r yadımda qalmayıb. Daha sonra üzünü xanendelere tutub: “Bir “Süléymanı” çalın, ağa-bey havasıdır, sümüyüme oynamaq düşüb” dédi. Ve qollarını qaldırıb ağır-ağır oynamağa başladı…

… Qulaqlarıma inanmadım. “İndi de sözü véririk hörmetli qonağımızı qarşılamaq üçün kendimizin yétirmesi olan genc şair Xaqani Qayıblıya”. Yérimden mikrafonun yanına qeder néce gétdiyim yadımda déyil. Mikrafonu götürüb ağlıma gelenleri dilime getirdim.

Hörmetli Ferman Kerimzade… siz bizim éle xoş gelibsiniz… Hemeşe toya gelesiniz… Bu böyüklükde élin adından sizi qarşılamağım tebii ki, mene qürur vérir, amma bilmirem bu haqqı qazanmağım ne derecede düzgündür…

Emeli-başlı tutulmuşdum. Heyacanımdan bütün bedenim esirdi. Boğazım qurumuşdu, dodaqlarım gücle terpenirdi. Ne danışdığımı, néce danışdığımı bilmirdim. Asan déyildi, o böyüklükde yazıçının qarşısında çıxıb ne ise danışasan. Bir de, kendimizin yaşca menden böyük iki şairi Ağabala Mahmudaov ve Semed Qaraçöp de meclisdeydiler. Ne ise, yéne dadıma ustadlar çatdı. Kendimizin şé’r-sen’et koriféyi Aşıq Musaya ve Memmed Araza yazdığım şé’rlerimi dédim. Bir az özüme gelmişdim. Bu arada yérlerden sesler geldi: “Veten hardan başlanır?” şé’rinizi déyin…

İndi de gözlerime inana bilmedim o böyüklükde azman yazıçı, ayağa qalxmışdı, dağınıq çal saçları bir az da dağılmışdı, qarayağız çöhresi bir az da qaralmışdı ve parlaq gözlerinden yaş gileleri yanaqlarından üzüaşağı iri, çal bığlarına qarışırdı… Qollarını açıb arıq cüssemi bir emi, bir ata mehebbetiyle bağrına basdı. Qalın dodaqlarıyla yanaqlarımdan, alnımdan ve gözlerimden öpdü. Meni bir xéyli élece sinesine sıxıb saxladı. Sonra kövrek sesle (o haçalı, dalğalı ses hele de qulağımdan gétmeyib) yanında yér gösterib:

Gel burda otur, görüm, sen indiye qeder harda yatıb qalıbsan?! dédi.

Men üzürhaxlıq édib öz yérime qayıtdım. Çünkü orada oturanların hamısı menden yaşca çox böyük, hem de kendimizin sayılan-séçilenleri idi.

Yérimde oturub öz-özüme tekrar édirdim: "...sen indiye kimi harda yatıb qalıbsan?!" Bu sözlerde néce böyük yanğı vardı, Tanrım? Erkle déyilmiş bu sözler ancaq temannasız yaxşılıq étmeyi bacaran, böyük ürek sahibi olan kesin dilinden çıxa bilerdi... Yéniden meni mikrofona çağırdılar. Bu defe Ferman Kerimzadenin özü xahiş élemişdi. Sadeliye bax, bu sadeliye sığan ucalığa, böyüklüye bax! Bir-iki şé'r oxuyub yérime kéçmek isteyirdim ki, bu defe el çekmedi:

Gel, gel burda otur – yanında yér éledi.

Daha bu teklifden de qaçmaqmı olardı? Yaşımı xeber aldı, tehsilimi, iş yérimi soruşdu. Başını bulayıb (görünür veziyyetim qané étmemişdi) meni méhribancasına böyrüne sıxdı. Héç bir ve'd filan étmedi. Amma arıq cüssemi bağrına basmağı ile meni çox şéylere umudlandırdı.

Bakıda görüşerik, – dédi – Bakıya ne vaxt geleceksen?

Texminen bir aydan sonra – dédim.

Al, bu da téléfon nömrem – 31-19-23 – mütleq zeng édersen! Unutma, biz artıq dostuq.

 

... Noyabrın 21–den 25-ne kimi Bakıda oldum. Ancaq o vaxtlar xalqımızın éle günleriydi ki, héç kimin şexsi işi yadına düşmürdü. Hamı, géceli-gündüzlü Azadlıq méydanında idi. Men de hemçinin.

Sonralar, bu ilin (1989) yanvar ayının axırlarında yéne Bakıya gétmişdim. "Azerbaycan" jurnalına şé'rlerimi vérmeli idim. Baş rédaktor müavini İsa İsmayılzadenin qe'bulunda oldum. İsa İsmayılzadeye özümü teqdim édende o, gözlerini qıyıaraq üzüme zendle baxıb:

Aye, sen Qaraçöpden déyilsenmi?" – déye mene doğru geldi.

Tutula-tutula:

Beli, ordanam" – dédim.

Dayan görüm, kümse senin haqqında burda, rédaksiyada bir hay-heşir salmışdı ki... Kimiydi, ay Allah?.. He, yadıma düşdü, Ferman Kerimzade! Seni tanıyırmı, o?

Bir defe kendimizde görüşmüşük – bir az cesaretle dillendim. İsa İsmayılzadenin  semimiliyi meni cesaretlendirmişdi.

Déyirem de! Atamın canı üçün burda bir "qiyamet" qaldırdı ki, gel göresen...

... "Azerbaycan" jurnalı rédaksiyasından çıxanda özüm-özümü tanımırdım. Sévincimden sanki uçacaqdım...

Hemen günlerde Ferman Kerimzadenin évine zeng vurdum. Evvelce destekden uşaq sesi geldi, bilmedim évladıdır ya nevesi.

Zehmet olmasa – dédim – Ferman müellimi téléfona çağırın.

Destekden onun haçalı sesi geldi:

Alo, éşidirem!

Salam, Fermen müellim, menem – Xaqani... Qayıblı.

He... eléykümesalam. Ne var, ne yox, éller yerindedimi?

Sonra kendimizin camaatını soruşdu. Şair Ağabala Mahmudovu xeber aldı.

Gelecem – dédi – o yérlere bir de gelecem.

Sehhetini xeber aldım.

Yaxşıyam – dédi – sağ ol. Bir bala üreyim meni narahat édir. Xalqımızın son aylardakı veziyyeti meni emelli-başlı yérimden-yurdumdan oynadıb. Görek de, qismet Allahdan, gerek béle olmayaydı... Xaqani, bize gel, seni gözleyirem.

Yox – dédim – çox sağ olun, sizi narahat étmek istemirem.

Eşşi, ne narahat, sen ne danışırsan. Nooldu senin oxumaq meselen?– sesini bir az uzatdı. Déyesen Yazıçılar İttifaqının meni Moskvaya Edebiyyat İnstituna göndermek istediyini öyrenmişdi.

Ne bilim – dédim – yéne heminki kimidir.

– Kimden asılıdır sen mene dé, senin işin yoxdur. Men elimden geleni sene éleyecem.

– Sağ olun, size minnetdaram – teşekkür édib sağollaşdım.

– Helelik, herden-herden zeng éle. İstediyin vaxt éve gel. Qapım senin üzüne hemişe açıqdır. Çekinib éleme, neye éhtiyacın olsa açıq söyle...

... Vessalam!

O böyük yazıçıyla, o tekrarolunmaz insanla bu menim sonuncu "görüşüm", sonuncu söhbetim olacağını héç ağlıma getirmezdim...

 

Kéçen ay, ye'ni mart ayında Bakıya gétmişdim. Moskvaya gétmeyimle bağlı bir az işim vardı. İşlerimin hamısı qaydasınca gédirdi. Ferman Kerimnzade ile görüşmekden ötrü içim tökülürdü. Évine zeng vurdum. Deseteyi qızı götürdü:

– Évde yoxdur – dédi – rayona gédib.

– Bağışlayın, ne vaxt geler göresen? – sesim bir az titredi.

– Bir-iki günden sonra zeng édin, gelmelidir...

Darıxırdım. Onunla mütleq görüşmek isteyirdim. İlk görüşümüzde o, meni bağrına basıb démişdi: "Xagani, bu qeder derd sende hardandır, oğul?!" O payız axşamından bu sözler béynimde hemişe öz "işini" görürdü. İndi ona "Derd" adlı bir şé'r yazmışdım. Yaman darıxırdım, darıxırdım ki, bu şé'ri Ferman Kerimzadeye çatdırım. İki günden sonra évine bir de zeng éledim. Desteyi ömür yoldaşı götürdü.

– Bağışlayın, – dédim – Ferman müellim rayondan qayıdıbmı?

– Soruşan kimdir?

– Xaqanidir, Qaraçöplü oğlan...

– He, danışıb senin haqqında. Oğul, vallah, gelmeli idi, amma hele gelmeyib. Ye'qin sabah mütleq geler. Sabah zeng éle.

Sabahısı gün – martın 17-de zeng éledim. Texminen gündüz saat iki olardı. Desteyi yéne ömür yoldaşı götürdü.

– Xaqani, bala (sesinde bir telaş, bir qeriblik duydum), bu gün mütleq gelmeliydi. Gelmedi!  Daha bilmirem ne vaxt gelecek... Sen yéne ya sabah, ya birisi gün zeng éle. Eger déyilesi sözün varsa mene dé, gelende çatdıraram.

... Martın 20-si idi. Yazı xatirine yazmıram, géce ecayib yuxular görmüşdüm. Narahatdım. İçimde özümün de bilmediyim bir sekseke vardı. Özümü ov kimi hiss édirdim. "9 Yanvar" bağı terefden Xaqani küçesi ile Yazıçılar İttifaqına gédirdim. Arxadan kimse qolumdan çekdi. Çévrildim, Nazim Ehmedli idi. Görüşdük. Kéfimi xeber aldı sonra duruxa-duruxa:

– Xeberin varmı? – dédi.

Éle bil dalağım sancdı, telem-telesik soruşdum:

– Neden, ne olub?

Köksünü ötürerek ağır-ağır dillendi:

– Yazıq Ferman Kerimzade de béle gétdi!

– Néce? Ola bilmez! Axı men üç gün evvel évine zeng vurmuşam... Rayona gédib dédiler.

– Éle, hemin gün de – béşinci gün axşam terefi xeber gelib ki, ölüb...

Héç ne déye bilmedim, tüstü tepemden çıxırdı. Héç kime mehel qoymadan hönküre–hönküre sahile gétdim. Üreyim boşalınca ağladım. Elimden bundan savayı ne gelirdi ki? Deli kimi olmuşdum.

... Üç günden sonra, martın 23-de Yazıçılar İttifaqından meni Şüvalana – Yazıçıların S. Vurğun adına yaradıcılıq évine gönderdiler. Yaradıcı gençlerle görüş kéçirilirdi. Otaq yoldaşım Kazaxıstandan 37 yaşlı bir yazıçı idi. Görünür süstlüyüm ve davranışım menden xebersiz otaq yoldaşım olan qazağa ne ise démişdi. Tezece tanış olmuşduq, amma éle bil, illerin tanışlarıydıq. Aramızda qısa müddet erzinde ilıq bir münasibet yaranmışdı. Bir de, gözlerini üzüme dikib soruşdu:

– Kağan (o, mene Xaqani yox, Kağan déyirdi), sene ne olub? Kéfi yérinde olan adama oxşamırsan.

– Soruşma, Dursun ağa – dédim – acım böyüktür, bu günlerde dostumu itirmişem. Sen tanımazsan, Azerbaycanın en görkemli tarixi–romançısı Ferman Kerimzadenin yoxluğuna héç cür inana bilmirem.

Ferman Kerimzadenin adını çeker-çekmez, otaq yoldaşım ellerini başına teref apararaq feryad qoparacaqmış kimi:

– Oyy... Kağan, – dédi – o, menim Azerbaycanda yégane dostum idi...

Sonra her şéyi öyrendim. Déme, menim otaq yoldaşım Dursun Jurtbeyovla Ferman Kerimzade dost imiş. Tesadüf burada da meni o böyük insanla bağladı.

Dursun ağa Kazaxıstanda Ferman Kerimzade ile kéçirdiyi günlerden danışdı.

– Men indi Bakıya gelende, bu gün Azerbaycan Medeniyyet Fondununa Kamal Abdullayéve zeng vurdum. O, menden harada qalacağımı soruşdu. Méhmanxanada yér hazırlatdığını bildirdi (Dursun ağa danışdıqca gözleri dolurdu). Yox – dédim – menim Bakıda dostum var onlara gédecem – Ferman Kerimzadegile. Kamal Abdullayév bildirdi ki, Ferman Kerimzade artıq heyatda yoxdur. Men de bir baş bura – Şüvalana geldim. Geldim, Ferman ağanı itirdim, onun kiçik dostu Kağanı tapdım.

Qucaqlaşdık. Yol çantasından Alma Atanın foto-albomunu çıxarıb mene vérir.

– Al, bu da menden sene xatire. Ferman ağa üçün getirmişdim, sene qismet oldu.

Üstüne yazır: "Kağan, ortaq ağamız Fermandır, unutmayaq!.."

 

... İndi oturub bu kiçik xatireni yazıram. İlk görüşümüzden tutmuş téléfon danışığımıza kimi, ondan da ötende, Dursun ağanın eliyle mene vérdiyi foto-alboma kimi her şéy yaddaşımın süzgecinden kéçdikce özüm özümü inandırmağa çalışıram ki, Ferman Kerimzade bir ağ yuxudur ömrümden kéçib. O, ağır terpenişli, dağ cüsseli, yaşından ahıl görünen böyük şexsiyyetle görüşüme ne qeder inanıramsa, onun artıq heyatda yoxluğuna bir o qeder inanmıram. Qeribe burasıdır ki, onun yoxluğuna ne qeder inanıramsa, görüşümüze bir o qeder inanmıram...

Üzümü ağ yuxu kimi ömrümden kéçen, unudulamz Ferman Kerimzadenin ölmez ruhuna tutub pıçıldamaq isteyirem. Eziz ustad, meni gören yazıçı-şair tanışlarımın çoxu mene déyir: “Xaqani, hayıf, Fermen Kerimzade senden gétdi!”

Éşitmişem, hamısını éşitmişem. Harada olanda (Yazıçılar İttifaqında, rédaksiyalarda) déyirsinizmiş ki, men Xaqaniye néçe ki canımda can var elimden geleni édeceyem. Ne déyim… ruhunuz şad olsun! Amma ne yazıq ki, milletimizin ağrısı–acısı sizi 52 yaşdan o terefe qoymadı yaşayasınız.

Bu yaxınlarda Yazıçılar İttifaqında tesadüfen yazıçıların é’zamiyyet siyahısı gözüme deydi. Sizin de adınız oradaydı, hansı rayonasa é’zam édilmişdiniz. Amma milyon kere teessüfler olsun ki, siz bir daha héç bir yére é’zam olunmayacaqsınız. Siz artıq ebediyyet mekanına çatmısınız. Burdan o yana yol hara gédir ki?!

Yadıma ömür yoldaşınızın téléfonda menimle sonuncu defe danışığı düşür. “Xaqani, bala… bu gün mütleq gelmeliydi. Gelmedi! Daha bilmirem ne vaxt gelecek…” İlahi, sonuncu sözleri néce de inamsız-inamsız söylemişdi. Ye’qin üreyine dammışdı Sizin bir daha gelmeyeceyiniz. Yoxsa sesdeki o telaş, o yalqızlıq hardandı?!

Ömür yoldaşınızın, ciyerparalarınızın, gohumlarınızın, dost–tanışlarınızın gözleri yollarda qaldı. Yollarda qaldı gözlerim. Amma… heyat öz bildiyini éledi. İlin axır çerşenbesine bir néçe gün qalmış, parlaq gözlerinizi ebedi olaraq yumdunuz. Ruhunuz ecdadlarımızın min illik ruhuna qarışıb başımız üstden asıldı.

Yanıb-yaxılıram, özümü héç bir şéyle ovuda bilmirem. Axı, menim Size déyilesi sözüm vardı.  Şé’r yazmışdım Size, onu oxumalıydınız. Bile-bile ki, menim derdim onsuz da çoxdur, bu gédişinizle üstelik derdimi niye artırdınız, ustad?!

Siz gétdiniz, kemfürset ecel derdlerini üreyinize saldığınız diderginlerin arasında haxladı sizi. Amma Sizin sönmez xatireniz qohumlarınızın, dost-tanışlarınızın, qelem yoldaşlarınızın ve bir de, son anda parlaq gözlerinizde şekili qalan derdli azerbaycan xalqının qelbinde ebedi yaşayacaqdır.

Sizin ilk görüşümüzde mene vérdiğiniz “Bu qeder derd sende hardandır, oğul?!” sualınıza yazdığım şé’ri, indi müqeddes ruhunuza oxuyuram.

 

 

                          Derd-azar birdimi, béşdimi, Ustad?!

                          Derde ne gelibdir, çekeni yoxdu.

                          Sévincin dalınca qaçan çox olur,

                          Kederin héç yérde mekanı yoxdu.

 

                          Sévincin beyliyi düşüb taxtından

                          Şadlığı görmüşem ömrü kem éle…

                          Kepenek dalınca qaçan vaxtımdan

Derdin çehlimine düşmüşem éle!

 

Derd meni tanıyıb, men derdi, vallah,

Derdlerim erköyün böyüdüb meni.

Bu günüm dünenden bétermiş, Allah!

Her addım başında derd güdüb meni.

 

Derd-azar birdimi, béşdimi, Ustad?!

Harda derdli gördüm, ona ten oldum.

Derdlerim erköyün böyüdüb meni,

Erköyünlük édib derd çeken oldum!

 

…Derdim sévincimden bir az diridir,

Éle, men de derdi ezizleyirem…

Üreyim derdlerin arxac yéridir

Her axşam bir sürü derd gözleyirem!

 

 

Gürcüstan / Qaraçöp, 17 aprél 1989-cu il

 

 

Sonsöz evezi

 

Yuxarıdakı yazının yazılma tarixinden düz on bir il kéçir. Bu zaman kesiyinde heyatımda çox önemli olaylar oldu ve onların héç birini burada sıralamaq istemedim. Amma bu belli ki, yéne derdim sévincimden “diridir”, yéne ağrılarım neş’emden ağır gelir. Yurdu talanmış, milleti didergin düşmüş bir oğulun sévinci derdini üsteleye bilermi?! Esla!

Bélece, acılarımla, ağrılarımla baş-başa, uzaq bir memleketde yaşamımı sürdürmekdeyem. Derdlerimle baş-başa qaldığım ömrümün gözü qertmek tutmayan günlerinden biri de 1989-cu ilin on yéddi martıdır – Azerbaycan xalqının bir yazıçı böyüklüyünde şehid olduğu gün! Ve bu xalqın bir şehid müqeddesliyinde ucaldığı gün!

On bir il önce yazılmış ve nöqtesine, vérgülüne toxunmadığım bu yazını (tebii ki, bu yazını indi yazsaydım tamam başqa cür alınardı) uzun iller boyu niyese héç kime göstermedim. Heç özüm de bilmirem niye...

 

Tartu, 17 mart 2000-ci il

 

Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !